Marketdə satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı

post-img

Paytaxtın Nərimanov rayonunda  soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib. İki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.

XQ xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

N.Adilqızı
XQ

Hadisə