43 qumbara aşkar edilərək götürülüb

post-img

DİN-nin mətbuat xidmətindən verilən məalumata görə, sentyabrın 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 43 qumbara, 11 partladıcı, 6 tüfəng, 9 patron darağı, 2053 ədəd müxtəlif çaplı patron və 14 ədəd süngü bıçaq aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

N.Adilqızı
XQ

 

 

Hadisə