Mağazadan 1100 manat pul oğurlanıb

post-img

Aprelin 20-nə keçən gecə Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlanıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən E.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə