Metroda qadının mobil telefonu oğurlanıb

post-img

Martın 17-də Bakıda oğurluq hadisələri baş verib. DİN mətbuat xidmətindən bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Yarəlizadə müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində də oğurluq olub. Nəsimi RPİ 19-cu şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon və səsgücləndiricilər, bir mağazadan isə 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Seyfullayev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə