Dekabrın 9-da gecə saatlarında Biləcəri qəsəbəsi ərazisində bir nəfərin 800 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olıub.
Məlumatı DİN-in mətbuat xidməti yayıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ

