Gəncədə mikroavtobus dərəyə aşıb

post-img

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu dərəyə yuvarlanıb. Əraziyə 12 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

 







Hadisə