Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1-ci, 45-1.4-cü maddələrində, 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1-ci və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1–57-1.1.3-cü maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 57-1.3-cü, 97.5-ci, 100.8-ci, 110.3-cü, 114.5-ci maddələrində, 117.3-cü maddəsinin birinci cümləsində, 122.1-1-ci, 122.2-ci, 123.1-ci maddələrində, 124.1-ci maddəsinin ikinci cümləsində, 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində, 125.1-ci (ikinci halda), 125.6-cı (birinci halda), 127-4.3-cü, 150.17-ci və 339.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 100.8-ci, 114.5-ci və 150.17-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1-ci və 45-1.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1-ci və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1-ci, 57-1.1.2-ci maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 117.3-cü maddəsinin birinci cümləsində, 125.1-ci, 127-4.3-cü maddələrində “orqanın (qurumun) informasiya sistemi” və 124.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 57-1.1.3-cü və 57-1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 97.5-ci, 110.3-cü, 122.2-ci, 123.1-ci, 125.6-cı maddələrində, 127-1.1-ci maddəsinin ikinci cümləsində, 127-1.5-ci və 339.5-ci maddələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 122.1-1-ci maddəsində və 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi nəzərdə tutulur;

1.8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.9. həmin Qanunun 2.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur.

2. “İnzibati Cərimələrin Mərkəzi Avtomatlaşdırılmış Lövhəsi” (bundan sonra – “İCMAL”) informasiya sistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. “İCMAL” informasiya sistemi haqqında əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.17-ci maddəsinə uyğun olaraq, inzibati cərimələrin qaytarılması qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. “İCMAL” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

4.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İCMAL” informasiya sisteminin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “İCMAL” informasiya sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

6.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemləri mövcud olmayan səlahiyyətli orqanlar üçün “ASAN ödəniş” informasiya sistemində müvafiq elektron kabinetlərin yaradılmasını və onların fəaliyyətini təmin etsin;

6.2. “ASAN ödəniş” informasiya sisteminin infrastrukturunun təkmilləşdirilməsi və fəaliyyətinin təşkili ilə bağlı xərclərin maliyyələşdirilməsinə dair təkliflərini hər ilin dövlət büdcəsində nəzərə alınması üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

7. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddələr 541, 561; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 401 nömrəli Fərmanı) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3, 42.2, 43.1 (birinci–üçüncü hallarda), 43.2, 43.3-cü maddələrində, 9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1, 45-1.4-cü maddələrində, 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 54.2-ci maddəsinin birinci cümləsində, 54.2-1-ci (hər iki halda) maddəsində, 57.5-1 və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1–57-1.1.3-cü maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 57-1.3, 81.2, 97.1-ci maddələrində, 97.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 97.5, 100.8, 110.3, 114.5-ci maddələrində, 117.3-cü maddəsinin birinci cümləsində, 122.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 122.1-1, 122.2-ci maddələrində, 122.5-ci maddəsinin ikinci cümləsində, 123.1-ci maddəsində, 124.1-ci maddəsinin ikinci cümləsində, 124.4-cü maddəsinin birinci–üçüncü cümlələrində, 124.5-ci maddəsinin üçüncü cümləsində, 124.6-cı maddəsinin üçüncü cümləsində, 125.1 (hər iki halda), 125.6 (birinci halda), 126.3-cü maddələrində, 127-1.1-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 127-1.2, 127-1.3, 127-1.5 (hər iki halda), 127-1.8, 127-4.3, 150.13-1, 150.17, 152.3, 162.3, 162-1.1, 184.6, 184.9, 192.3, 220.7, 220.10 (hər iki halda), 231.2, 275.2, 293.12, 294-3.2, 294-3.3, 295.6, 307.4 (hər iki halda), 307.5, 326-2.3, 339.5 (birinci halda), 350.2, 354.0.8, 362-3.1, 363.2, 393-1.4, 393-1.6, 394.0.7 (ikinci halda), 394.0.8, 395.1-ci (ikinci halda) maddələrində, 395-ci maddəsinin “Qeyd” hissəsində (ikinci halda), 395.1-1, 403-1.1.1, 403-1.1.2, 403-1.2, 405-1.2, 428.7.3, 429.0.2, 445-1.2, 445-1.3 (hər iki halda), 445-1.4, 462.1, 477-1.1.7 (hər iki halda), 477-2.1.2, 538-1.4–538-1.6, 540.2, 540.3-cü (hər iki halda) maddələrində, 552-ci maddəsinin adında və mətnində, 562.1, 562.2, 562-1.1, 562-1.2 (hər iki halda), 576.3 (hər iki halda), 576.4, 602-2.5-ci (hər iki halda) maddələrində və 606-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

7.2. 4.3-cü bənddə “94.11, 100.5, 114.4-cü” sözləri “94.11-ci” sözləri ilə əvəz edilsin;

7.3. 4.3-1-ci bəndə “Məcəllənin” sözündən sonra “100.8-ci, 114.5-ci, 150.17-ci,” sözləri əlavə edilsin;

7.4. 4.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.8. həmin Məcəllənin 97.5, 110.3, 122.2, 123.1, 125.6-cı maddələrində, 127-1.1-ci maddəsinin ikinci cümləsində, 127-1.5 və 339.5-ci maddələrində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;”;

7.5. 4.8-2-ci bənd üzrə:

7.5.1. “123.2-ci maddəsinin üçüncü cümləsində” sözləri “122.1-1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

7.5.2. “birinci və dördüncü” sözləri “birinci–üçüncü” sözləri ilə əvəz edilsin;

7.5.3. “, 125.2.3-cü maddələrində, 125.3-cü maddəsinin ikinci cümləsində və 126.3-cü maddəsində” sözləri “və 126.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

7.6. 4.9-cu bənddən “124.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində,” sözləri çıxarılsın;

7.7. 4.14-cü bənddən “125.1, 125.2.1, 125.2.2, 125.3,” rəqəmləri çıxarılsın;

7.8. 4.14-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.14-1. həmin Məcəllənin 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1 və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57-1.1.1, 57-1.1.2-ci maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 117.3-cü maddəsinin birinci cümləsində, 125.1, 127-4.3-cü maddələrində “orqanın (qurumun) informasiya sistemi” və 124.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur;”;

7.9. 4.15-ci bənddən “125.2.3 (ikinci halda), 125.4 (birinci halda),” sözləri çıxarılsın;

7.10. 4.15-2-ci bənd ləğv edilsin;

7.11. 4.15-4-cü bənddə “127-5.1.3-cü (ikinci halda) və 127-5.3-cü maddəsində (birinci halda)” sözləri “57-1.1.3 və 57-1.3-cü” sözləri ilə əvəz edilsin;

7.12. 4.16-cı bənd ləğv edilsin;

7.13. 4.20-1-ci bənddən “127-4.1-ci (üçüncü halda), 127-4.6-cı,” sözləri çıxarılsın;

7.14. 4.20-2-ci və 4.20-3-cü bəndlər ləğv edilsin;

7.15. 4.55-ci bənddə “462.1-ci maddəsində” sözləri “9-cu fəslinin və 45-1-ci maddəsinin adlarında, 45-1.1, 45-1.4 və 462.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

8. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2025-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2025-ci il

Fərmanlar