“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

post-img

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində tünd qızılı rənglə konturlanmış qızılı rəngli xarici dairənin orta hissəsində tünd mavi rəngli daxili çevrə yerləşdirilmişdir. Çevrənin daxilində səkkiz guşəli ulduz təsviri yaradan 8 ədəd rombşəkilli ornament və paralel 3 istiqamət üzrə üzü sağa tərəf hərəkət görüntülü 4 şüa təsviri verilmişdir. Çevrənin mərkəzində üzü yuxarı baxan ay və kənar nöqtələri ayın təsvirinə toxunan səkkiz guşəli ulduz əks olunmuşdur.

2.2. Qızılı rəngli xarici dairənin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASININ” sözləri, aşağı hissəsində qövs boyunca “XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ORQANLARI” sözləri yazılmışdır.

2.3. Bütün yazılar və təsvirlər qabarıqdır. Bütün yazılar tünd mavi, təsvirlər tünd qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində tünd qızılı rəngdə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” sözləri həkk olunur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı

Əsasnamə