"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində alternativ enerji sahəsində yeni ixtisasların tədrisinə başlanılacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, 2024-2025-ci tədris ilindən ilk dəfə günəş panellərinin təmiri üzrə texnik, külək durbinlərinin təmiri üzrə texnik, alternativ enerji sistemlərinin idarə edilməsi üzrə mütəxəssis ixtisaslarının tədrisi planlaşdırılır: “Bununla yanaşı, hibrid və elektrik avtomobillərinin təmiri üzrə mütəxəssislər də bu ildən etibarən hazırlanacaq. İqtisadiyyatın digər sahələri ilə əlaqəli yeni ixtisaslar da var. Bu il ilk dəfə yeni hazırlanmış suvarma sistemlərinin idarə olunması üzrə mütəxəssis proqramına başlayırıq. Ümumilikdə bu il 130-dan çox ixtisas üzrə tələbə qəbulunu həyata keçirməyi planlaşıdırırıq”.