Dilçilik İnstitutunda elmi şuranın iş planı təsdiqlənib

post-img

Yanvarın 30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın  iclası keçirilib.

İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

Həmçinin 2024-cü il üçün elmi şuranın iş planı, şöbələr üzrə elmi-tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiqlənib. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.

İclasda 2023-cü il doktorantura və dissertanturaya (fəlsəfə və elmlər doktorluğu üzrə) qəbul olan 18 nəfər doktorant və dissertantın attestasiyası keçirilib.

İclasda həmçinin Türkologiya jurnalının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul olunub.

Sonra müəssisənin elmi katibi, filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.











Elm