Türkiyə ötən il 923 terrorçunu zərərsizləşdirib

post-img

2023-cü ildə Türkiyə təhlükəsizlik qüvvələri terror təşkilatlarının 923 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Onun sözlərinə görə, PKK, FETÖ və DEAŞ terrorçularına qarşı ümumilikdə 22 mindən çox əməliyyat keçirilib.

Nazir Türkiyə hüquq-mühafizə orqanlarının terror təşkilatlarına qarşı barışmaz fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya