“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfrans keçiriləcək

post-img

Dekabrın 11-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Tədbir Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. 

Nazirlikdən verilən məlumata görə, konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.

Elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqi ilə çıxış edəcəyi beynəlxalq konfransa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, UNICEF-in nümayəndələri, o cümlədən Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər qatılacaqlar.

Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”,  “Məktəbəqədər təhsildə effektiv idarəetmə”,  “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.

P.ƏMİRCANOV

XQ

Elm