AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli yekdilliklə Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Bu barədə XQ-yə AMEA-dan məlumat verilib. AMEA-nın Rəyasət Heyətinin iclasında bildirilib ki, bununla bağlı Qazaxıstan Elmlər Akademiyasına təşəkkür məktubu ünvanlanacaq.

Akademik İsa Həbibbəyli göstərilən etimada görə, Qazaxıstan Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı istiqamətində atdıqları addımların ölkələrimiz arasında elmi sferada da əlaqələrin genişlənməsinə təkan verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. AMEA rəhbəri sözügedən sənədin Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.

Elm