Yaponiya Ətraf Mühit Nazirliyinin Qlobal Ətraf Mühit Bürosunun nümayəndəsi Akiko Maruo ölkəsinin Azərbaycanla iqlim şəffaflığı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırdığını bildirib və COP29 tərəflərini 1,5 dərəcə hədəfinə uyğun olan və ən son elmi məlumatlara əsaslanan bütün istixana qazlarını, sektorları ümumiqtisadi emissiyaların azaltmaq məqsədinə sadiq qalmağa çağırıb.
A.Maruo vurğulayıb ki, COP29 çərçivəsində Yaponiya ölkəmizlə birlikdə Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının tədbirini təşkil edib. Yaponiya iqlim təşəbbüslərinin həyata keçirilməsində şəffaflığın təmini üçün Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyini nəzərdə tutub.
O xatırladıb ki, Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29 zamanı Bakıda bir çox ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək onları Milli İqlim Planlarının ambisiyalarını artırmağa çağırıb: “Biz COP29-un yekun plenar iclasında Paris Sazişinin 6-cı maddəsinin tam təsdiqlənməsindən məmnunuq. Bundan əlavə, Azərbaycan da daxil olmaqla 29 tərəfdaş ölkədə iqlim dəyişikliyinin qarşısının alınması layihələrinin təşviqi məqsədilə bazar alətlərindən istifadə edən Birgə Kreditləşdirmə Mexanizmimiz var”.