Gəmiçilikdə emissiyalar azalıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) 2012-ci illə müqayisədə emissiyaları 20 faiz azaltmağa nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının 2030 üçün müəyyənləşdirdiyi hədəfin üstələməsi deməkdir. Bu fikri ASCO- nun sədri Rauf Vəliyev COP29 çərçivəsində keçirilən “Gələcəyə istiqamət: Davamlı sabah üçün dəniz nəqliyyatında dekarbonizasiya” mövzusundakı tədbirdə deyib.

Qurumun bu nailiyyətinin ətraf mühitə olan məsuliyyəti və prosesə töhfələri daha da artırmaq məqsədini əks etdirdiyini vurğulayan ASCO rəhbərinin sözlərinə görə, belə bir nəticəyə nail olmaq heç də asan başa gəlməyib: “Biz yeni gəmilərə böyük investisiyalar qoymaq, mövcud boru kəmərlərimizi modernləşdirmək, köhnə gəmilərimizi istismardan çıxarmaq və əlavə tədbirlər həyata keçirməklə bunu bacardıq. Biz gəmiçilik şirkəti olaraq, iqlim dəyişikliyinə qarşı təsirimizi artırmaq üçün əlimizdən gələni etməliyik. ASCO olaraq, biz də bu prosesə töhfə vermək məsuliyyətimizi, borcumuzu dərk edirik. Karbon izimizi azaltmaq və davamlılıq həllərini mənimsəmək üçün yeni strategiyaları araşdırmaq və həllər hazırlamaq prosesində fəal iştirak edirik”.

 

Ekologiya