Beynəlxalq iqlim konfransı çərçivəsində “The Caspian House”: Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması” adlı layihənin təqdimatı keçirilib. Tədbir zamanı 4 Xəzəryanı ölkə tərəfindən birgə protokol imzalanıb. Layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.
Əməkdaşlıq barədə sənədi “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, “Avrasiya Xalqlarının Assambleyası” baş katibinin müavini Stanislav Korolyov, “EkoForum-Qazaxıstan” İctimai Birliyinin sədri Svetlana Moqilyuk və “Tebiqi Kuvvat” İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıblar.
Xatırladaq ki, tədbir Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlı qrant müsabiqəsində qalib olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.