Türkiyənin Baş Meteorologiya İdarəsi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu sessiyası çərçivəsində “Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrində inteqrasiya olunmuş erkən hava xəbərdarlığı sistemi” mövzusunda panel müzakirəsi təşkil etməyi planlaşdırır. Müzakirənin noyabrın 19-da Türkiyə pavilyonu ərazisində “Qida, kənd təsərrüfatı və su” tematik gün çərçivəsində keçirilməsi nəzərdə tutulur.
Panel müzakirələrinə Türkiyənin fövqəladə halların nəticələrinin aradan qaldırılması İdarəsinin sədr müavini Həmzə Taşdelenin moderatorluq edəcəyi panel müzakirələrdə Türk dövlətləri arasında meteorologiya sahəsində əməkdaşlıq yollarının nəzərdən keçirilməsi planlaşdırılır.