Təhlükəsiz gələcəyin hədəfi

post-img

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan gənclərin bu tədbirə həvəslə qoşulması bizi çox sevindirir. Gənclərin iqlim konfransı çərçivəsində keçiriləcək tədbirlərdə və qərarların qəbul edilməsində fəal iştirakına böyük ümid bəslənilir.

O deyib: “Biz dünyada iqlim dəyişikliyinə qarşı mübarizədən və gələcəyimizdən danışırıq. Daha sağlam, təhlükəsiz və daha xoşbəxt gələcək qurmaq barədə düşüncələrimizi bölüşürük. Bu,hamımızın istəyidir. Bu istəyin gerçəkləşməsi iqlim konfransında birlikdə verəcəyimiz qərarlardan asılıdır. İqlim dəyişikliyi ilə üzləşdiyimiz və süni intellektin həyatımızın bir hissəsinə çevrildiyi indiki dönəmdə bütün bunlar bizə gələcəyimizi necə quracağımız barədə düşünməyi vadar edir”.

N.Arpadarainin sözlərinə görə, bugünkü təhsil sisteminin müasir əmək bazarının tələblərinə cavab verməsi ilə bağlı müəyyən narahatlıqlar bizim qarşımızda yeni çağırışlar qoyur. Gənclik gələcəyi istədiyi kimi qurması, səsinin eşidilməsi naminə daha fəal və əzmkar olmalıdır. Ona görə də COP29 Sədrliyi bu gün gənclərə və onların fəal iştirakına, çağırışlarının eşidilməsinə daha çox diqqət yetirir.

Ekologiya