Narahat dünyanın “yaşıl” nəbzi Azərbaycanda

post-img

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld mediaya bildirib ki, nüfuzlu beynəlxalq konfrans olan COP29 işə başlayır. Bütün dünyanın ürəyi Bakıda döyünür. Bakıya gələn Britaniya hökuməti nümayəndə heyətinin də missiyası aydındır: Bu gün və gələcəkdə hamı üçün yaşanıla və sevilə bilən planetin qorunmasıdır.

Səfirin sözlərinə görə, iqlim dəyişikliyi qida və su qıtlığı, xəstəlik, münaqişə, qeyri-sabitlik, iqtisadi sarsıntılar və insanların yerdəyişməsi ehtimalını artırır. Həmin təsirlər artıq hiss olunmaqdadır və qeyri-mütənasibdir. Bu da marjinal, təcrid olunmuş icmalara, yoxsulluğa, dayanıqlılığa təsir edir. Çağırışımız kollektiv fəaliyyətin razılaşdırılması ilə bağlıdır. Çünki bizim kollektiv təhlükəsizliyimiz və rifahımız bundan asılıdır. Hər kəsin səsi bütün qlobal məsələlərdə önəmlidir.

F.Auld qeyd edib ki, COP gənclərin rolunun ən vacib olduğu iqlim tədbiridir. Hökumətlərin gənclərin səsini dinləməsi və ona uyğun hərəkət etməsi vacibdir.

Ekologiya