COP29 “Yaşıl” Zonasının ilk tərəfdaşları

post-img

COP29-un “Yaşıl” Zonası üçün açıqlanan ilk rəsmi tərəfdaşlar sırasında enerji keçidi üzrə “SOCAR Green”, strateji təsir üzrə “PASHA Holding” və dayanıqlı inkişaf üzrə isə “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq adları çəkilən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

COP29 Azərbaycan Əməliyyat Şirkəti­nin (ƏŞ) mətbuat ofisindən verilən məlu­mata görə, yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edirlər. Proqramın məqsədi ƏŞ-in təklif etdiyi məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqların və resursla­rın idarə olunmasını təkmilləşdirmək üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımın­dan Azərbaycan şirkətlərinin daxili poten­sialının qiymətləndirilməsidir.

Yaradılan bu imkandan istifadə etmək­lə COP29 “Yaşıl” Zonasının tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyət­lərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biz­nes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bu şirkətlər COP29 təd­birinin tərəfdaşı olmaqla ekoloji siyasətlə­rinin təkmilləşdirilməsində və 1,5 dərəcə hədəf baxımından qlobal icmalara dəstək göstərilməsində üzərlərinə düşən vəzifələri gerçəkləşdirəcəklər. 

“Yaşıl” Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkət­lər də qoşulacaq. Bu şirkətlər arasında iq­lim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alacaq. 

Tərəfdaşların birgə səyləri sayəsin­də “Yaşıl” Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadilə­si apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, “Yaşıl” Zo­nada, həmçinin müxtəlif təqdimatlar, semi­narlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətlə­ri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkəti­nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilk “Ya­şıl” Zona tərəfdaşlarının elan edilməsi ilə bağlı qeyd edib: “Mən “SOCAR Green”, “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində “Yaşıl” Zonanın ilk rəs­mi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin mü­zakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcək naminə qlobal əməkdaşlıq üçün mühüm platfor­ma olacaq. “Yaşıl” Zona tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəa­liyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik”.

Ekologiya