Energetika Nazirliyində AYİB təmsilçisi ilə görüş

post-img

Energetika nazirinin müavini Orxan Zeynalov Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabetta Falcetti ilə görüşüb. Bu barədə XQ-yə nazirlikdən məlumat veilib.

Bildirilib ki, görüş zamanı energetika sektorunda bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, bərpaolunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Qobustan” Günəş Elektrik Stansiyası üzrə hərrac prosesinin gedişatı qiymətləndirilib.

Qarşı tərəfə “Xəzər – Qara dəniz – Avropa” və “Azərbaycan – Mərkəzi Asiya – Avropa” “yaşıl” enerji dəhlizlərinin yaradılması istiqamətində atılan addımlar, COP29-la bağlı təşəbbüslər və enerji sahəsində planlaşdırılan tədbirlər haqqında məlumat verilib.

Ekologiya