PreCOP da Azərbaycanda keçiriləcək

post-img

Bu toplantıda ekologiya nazirləri COP29-un gündəliyini müzakirə edəcəklər

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “Hüquq və iqlim” adlı beynəlxalq konfransdakı çıxışında ölkəmizin bu il oktyabrın 10-11-də PreCOP tədbirinə evsahibliyi edəcəyini bildirib.

Nazirlik rəsmisi COP29 tədbirinə hazırlıq prosesi və tədbir çərçivəsində həyata keçiriləcək işlər barədə məlumat verərək qeyd edib ki, COP konfranslarına ev sahibi ölkələrinin seçilməsi, əsasən, dövlətlərin BMT-də üzv olduqları coğrafi qruplara əsaslanır. Həmin ardıcıllıqla ev sahibi ölkələri müəyyənləşdirilir. Adətən, COP tədbirinə evsahibliyi edəcəyi ölkəyə bu barədə 24 aya yaxın müddət ərzində məlumat verilir. Belə halda şübhəsiz ki, sammitə hazırlıq üçün kifayət qədər vaxt olur. 

Azərbaycan seçim şərtlərinin sərtləşməsi və mürəkkəb regionda yer alması səbəbindən 11 aydan daha az müddət ərzində hazırlıq işlərinə başladı. Qısa müddətdə bu prosesi yekunlaşdırmaq üçün tərəflərlə birgə genişmiqyaslı layihələr gerçəkləşdirildi. Tədbirin təşkilati məsələlərinin həlli ilə bağlı COP29 Sədrliyinin ofisi formalaşdırıldı, COP29 Azərbaycan Əməliyyat Şirkəti təsis edildi. Bakı Olimpiya Stadionu əsas tədbir məkanı olaraq seçildi. COP29-un Bakı Olimpiya Stadionu ilə yanaşı, digər məkanlarda da keçirilməsi qərara alındı. 

Azərbaycan iqlim konfransından əvvəl oktyabrın 10-11-də PreCOP adlanan tədbirə evsahibliyi edəcək. COP29-un tərəf qismində iştirak edəcəyi bu toplantıya ölkələrin ekologiya nazirləri qatılacaq və tədbirin gündəliyi, o cümlədən qarşıda duran məsələlər müzakirə olunacaq.

Ekologiya