Azərbaycan qlobal “yaşıl” təşəbbüslərə ilk qoşulan ölkə olaraq, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bununla da dünyanın etibarlı “yaşıl” enerji tərəfdaşı kimi mövqeyimiz getdikcə güclənir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu möhkəmlənir, ətraf mühitin qorunması istiqamətində atdığı addımlar yüksək dəyərləndirilir.
Bu il COP29 tədbirinə Azərbaycanın evsahibliyi etməsi isə respublikamızın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi, ölkəmizə göstərilən böyük etimad, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsidir.
COP29 konfransında Azərbaycan iqlim dəyişikliyinə verdiyi töhfələri əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və ölkələri bu qlobal təşəbbüsə həmrəylik göstərməyə səsləyəcək. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına dəstək nümayiş etdirməklə özünün dünya liderliyini bir daha təsdiqləyəcək.
Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövrü, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi zamanı dəstək qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.
Dövlətimizin qarşıya qoyduğu əsas milli prioritetlərdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi önəmli prinsipin diqqətdə saxlanılması, həmçinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
İnnovativ “yaşıl” inşaat materiallarının istehsalı və tətbiqi davamlı tikintinin təşviqində və sağlamlıq üçün “yaşıl” dünyanın yaradılmasında çox vacibdir. Bu, eyni zamanda, daha dayanıqlı tikinti sənayesinin yaradılmasında mühüm rol oynayır. Belə tikinti materiallarından istifadə etməklə ətraf mühitə təsiri azaltmaq, enerji səmərəliliyini yaxşılaşdırmaq və daha sağlam yaşayışın gerçəkləşdirilməsi mümkündür.
25 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən “Matanat A” şirkəti iş prosesində daim innovasiyalara və “yaşıl” inşaat texnologiyalarının tətbiqinə üstünlük verib. Şirkət bu müddətdə istehsal etdiyi məhsullarda enerjiyə qənaət, iqtisadi-ekoloji səmərəlilik, təhlükəsizlik, davamlılıq və cəlbedici dizayn-üslub faktorlarının vəhdətinə xüsusi diqqət yetirib.
“Matanat A” 26 məhsul qrupunda fəaliyyət göstərməklə, 2000-dən artıq məhsul çeşidinə, 200-dən çox ticarət markasına və yüksək texnologiyalı müasir zavodlara malikdir, dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir. Qloballaşmanı özünün əsas strateji xətti hesab edən şirkət “Made in Azerbaijan” adı altında dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Əsas məhsul qruplarına gipskarton lövhələri (alçıpan), daxili arakəsmə sistemləri, gips əsaslı suvaq və şpatklyovkalar, keramika yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu, fasad quru divar sistemləri, istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar, lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksid əsaslı boya və örtüklər, beton qatqıları və digər çoxsaylı məhsul qrupları aiddir.
“Matanat A” şirkətinin biznes fəlsəfəsinin əsasında yeni inşaat texnologiyalarının yaradılması və mövcud texnologiyaların tətbiq səmərəliliyinin artırılması durub. Bu səbəbdəndir ki, qurum Kəşf və İxtiraların Tədqiqi və Tətbiqi Akademiyasını təsis edib. Bu akademiyada inşaatın qlobal problemlərinin tədqiqi, “yaşıl” texnologiyalara əsaslanan yeni inşaat həlləri üzərində elmi-tədqiqat işlərinin həyata keçirilməsi və inşaatın müxtəlif parametrlər üzrə keyfiyyəti yüksəldən yeniliklərin işlənib hazırlanması daim diqqətdə saxlanılıb.
Şirkətin uğurlu innovasiya strategiyasının gerçəkləşdirilməsi nəticəsində innovativ və “yaşıl” inşaat texnologiyalarına əsaslanan məhsullar– Fasnatural, ekoloji sağlam Ağdağ suvağı, innovativ gips blokların istehsalı, suda batmayan bloklar və dekorativ ornamentlər, Ağdağ Natural Gipskarton lövhələri, Azvul mineral daş yunu, suvaq üçün əhəng məhsulu, quru qarışığın ixtirası yaradılıb və onların bir çoxu patentləşdirilib.
“Matanat A” Şirkətlər Qrupu