Aranda yağmursuz, dağlarda yağıntı və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 20-də Bakıda və  Abşeron yarımadasında hava  əsasən yağmursuz keçəcək. Lakin  axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.  Gecə 21-26°, gündüz 31-36° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu , nisbi rütubət gecə 70-80 , gündüz 45-55  faiz  olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° , gündüz 31-36° , dağlarda gecə 14-18°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

 

Ekologiya