ABŞ - Qırğızıstan əməkdaşlığı genişləndirilir

post-img

Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Xəbəri “Anadolu” verib. 

Görüş zamanı tərəflər ticarət, iqtisadiyyat, maliyyə, investisiya, mülki aviasiya, sanksiyalar və viza sadələşdirilməsi sahələrində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli məsələlərin geniş spektrini müzakirə ediblər.

Baş nazir C5+1 formatının əhəmiyyətini vurğulayaraq, ötən il bu formatda keçirilən prezidentlər görüşünün regional əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. O, Mərkəzi Asiya və ABŞ arasında dialoqun qorunması üçün əsas vasitə kimi bu platformaya göstərdiyi şəxsi diqqətə görə Marko Rubioya minnətdarlığını bildirib.

“Biz ABŞ-ı təkcə həyati tərəfdaş kimi deyil, həm də elmi və texnoloji inkişafda qlobal lider kimi görürük. Qırğızıstan innovasiya, rəqəmsal transformasiya və qabaqcıl texnologiyaların tətbiqi sahəsində tərəfdaşlığımızı genişləndirməkdə maraqlıdır”, - deyə Adılbek Kasımalıyev bildirib. 

O, səfəri zamanı ABŞ-ın aparıcı texnologiya korporasiyaları ilə bir sıra görüşlər keçirib.

P.ƏMİRCANOV
XQ

Dünya