Avropa İttifaqı (Aİ) Macarıstan və Slovakiya Ukraymnaya 90 milyard avroluq krediti bloklamağa davam edərsə, Kiyevə ikitərəfli kreditlər verməyə hazırdır. Bu barədə “Politico” avropalı diplomatlara istinadən xəbər verib.
Baltikyanı və Skandinaviya ölkələri Ukraynaya təxminən 30 milyard avroluq ikitərəfli kredit vermək niyyətindədirlər. Nəşrə iki mənbənin izah etdiyi kimi, bu format bütün Aİ üzv dövlətlərinin yekdil təsdiqini tələb etməyəcək və Ukraynanın ən azı ilin birinci yarısında “ayaqda qalmasına” imkan verəcək.
“Politico” mənbələri əlavə edib ki, Hollandiya artıq 2029-cu ilə qədər Ukraynaya illik 3,5 milyard avro birbaşa dəstək ayırıb. İqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Budapeştin mövqeyinə baxmayaraq, Aİ-nin maliyyələşdirmə öhdəliklərini yerinə yetirəcəyinə söz verib.
P.ƏMİRCANOV
XQ

