Yaponiya hökumətinin “ərazi məsələsini” həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı mövqeyi, ikitərəfli münasibətlərin ağır vəziyyətinə baxmayaraq, dəyişməz olaraq qalır. Bu barədə fevralın 20-də Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdə olsa da, Yaponiya hökumətinin mövqeyi dəyişməz olaraq qalır: ərazi məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq”, - deyə o, parlamentdə andiçmə mərasimi zamanı çıxışında bildirib. Onun çıxışının səs yazısı Yaponiya Baş naziri ofisinin YouTube kanalında dərc edilib.
“Gazeta.ru” əlavə edir ki, Takaiçi bir daha Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edərək, münaqişəyə tez bir zamanda son qoyulmasının vacibliyini qeyd edib.
P.ƏMİRCANOV
XQ

