ABŞ prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi Qəzza zolağında sülhün qorunması üçün yaradılan Sülh Şurasına qoşulmağa dəvət edib. Bu barədə 19 yanvarda Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
“Bəli, Prezident Qasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq və Qazaxıstanın təsisçi dövlətlərdən biri olması üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri idi. Buna cavab olaraq, dövlət başçısı ABŞ Prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmaq barədə razılığını təsdiqləyən məktub göndərdi”, - deyə o, Tengrinews- a verdiyi müsahibədə bildirib.
Jeldibay izah etdi ki, Qazaxıstan tərəfi əvvəllər bu məsələ ilə bağlı heç bir açıqlama verməyib və Tramp administrasiyasının rəsmi açıqlamasını qabaqlamağı qeyri-etik hesab edib. Mətbuat katibi əlavə edib ki, Sülh Şurasına qoşulan dövlətlərin tam siyahısı digər iştirakçıların razılığını aldıqdan sonra ictimaiyyətə açıqlanacaq.
P.ƏMİRCANOV
XQ

