Zelenski hakimiyyətdən gedəcəyini açıqlayıb

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə münaqişə bitdikdən sonra istefa verəcəyini bəyan edib. Məlumatı RİA Novosti verib.

Zelenski “Fox News”-a verdiyi müsahibədə jurnalistin bununla bağlı iddiasına cavab olaraq “bəli” deyib.

Onun dediyinə görə, Ukraynanın yeni prezidenti 31 mart 2024-cü ildə seçilməli idi, lakin hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən seçkilər ləğv edilib. Ona görə də həmin vaxt səsvermə keçirilməyib. Zelenskinin səlahiyyət müddəti ötən ilin 20 mayında başa çatıb.

Dekabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı açıqlamalarından sonra Zelenski Ali Radaya 60-90 gün ərzində səsvermənin keçirilməsini nəzərdə tutan zəruri qanunvericilik aktını hazırlamağı tapşırdığı verdiyini açıqlayıb. 

P.ƏMİRCANOV
XQ

Dünya