Tramp bu gün xüsusi bəyanatla çıxış edəcək

post-img

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 30-da Ağ Evin Oval Ofisindən bəyanatla çıxış edəcək. Məlumatı TASS verib. 

Prezidentin planlaşdırdığı bəyanatın mövzusu açıqlanmayıb. Bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin dərc etdiyi Məlumatda deyilir.

“Saat 11:00-da (Moskva vaxtı ilə saat 18:00 – TASS-ın qeydi) Prezident bəyanatla çıxış edəcək”, - sənəddə deyilir.

Tramp bunu Virciniya ştatının Quantico şəhərində müharibə naziri Pite Heqset və yüzlərlə amerikalı general və admiralla görüşdən Ağ Evə qayıtdıqdan qısa müddət sonra etməyi planlaşdırır.

P.ƏMİRCANOV
XQ

Dünya