Tunis ABŞ-a idxal edilən mallara 25%, İndoneziya 32%, Banqladeş və Serbiya 35%, Bosniya 30%, Kamboca və Tayland 36% rüsumla üzləşəcək.
“The Guardian” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq edilən tariflərlə bağlı yeni məktublar dərc edib və ən yüksək tarif 40% təşkil edib.
Qeyd olunur ki, Tunis ABŞ-a idxal olunan mallara 25%, İndoneziya üçün tariflər 32%, Banqladeş və Serbiya üçün 35%, Bosniya 30%, Kamboca və Tayland üçün 36% rüsumla üzləşəcək.
Daha əvvəl göndərilən məktublarla birlikdə mesajların sayı 14-ə çatıb.
Məlum olduğu kimi, Tramp artıq Yaponiya, Cənubi Koreya, Malayziya və Qazaxıstan mallarına 25% rüsum tətbiq etdiyini açıqlayıb. O, Cənubi Afrikaya 30%, Laos və Myanmaya isə 40% rüsum tətbiq edib.
Myanma və Laosun indiyə qədər ən çox zərər çəkdiyi bildirilir. Soyuq Müharibə dövründə ABŞ tərəfindən ağır bombardman edilən Cənub-Şərqi Asiya ölkəsi Laosda yoxsulluq səviyyəsi 18,3% təşkil edir. Myanma hələ də 2021-ci ildəki hərbi çevrilişdən sonra dağıdıcı zəlzələdən və illərlə davam edən vətəndaş müharibəsindən sağalmayıb.
Bundan əvvəl ABŞ-ın Maliyyə Naziri Scott Bessent demişdi ki, Birləşmiş Ştatlar yüksək tariflərin qüvvəyə minməsi üçün iyulun 9-na qədər bir neçə ticarət sazişi əldə etməyə yaxındır.
P.ƏMİRCANOV
XQ