Türkiyənin rəsmi nümayəndə heyəti Pakistana səfər edəcək

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Güler və xarici işlər naziri Hakan Fidan çərşənbə günü, iyulun 9-da Pakistana səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində müzakirə olunacaq məsələlərin gündəliyinə ikitərəfli əməkdaşlığın, o cümlədən müdafiə sənayesi və terrorizmlə mübarizə sahələrində əlaqələrin genişləndirilməsi daxildir. Regionda beş verən proseslərə və Əfqanıstanda sabitliyin təmin edilməsinə xüsusi diqqət yetiriləcək.

Səfər zamanı nümayəndə heyəti üzvlərinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, həmçinin XİN və İslam Respublikasının generaliteti ilə görüşləri də nəzərdə tutulur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya