Yuri İqnat: "Patriotlar" bütün "Kinjalları" məhv edib

post-img

İyunun 9-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın aeroballistik raketlərinə qarşı Amerika silahlarından səmərəli istifadə edib – “Patriot” hava hücumundan müdafiə sistemi ruslar tərəfindən buraxılan 4 “Kinjal” raketinin hamısını məhv edib. Bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rabitə şöbəsinin rəisi Yuri İqnat Kanal 5-də Rusiya Federasiyasının gecə hücumu zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin işinin nəticələrini şərh edərkən qeyd edib.

"Mövcud Patriot sistemləri bu gün 100% işlədi. Biz bu nəticəyə görə sevinməliyik, Amerika silahlarından - Patriotdan səmərəli istifadə etdiklərinə görə müdafiə qüvvələrimizə bir daha təşəkkür edirik. Aydındır ki, müdafiə üçün bu sistemlərə daha çox ehtiyacımız var", - İqnat deyib.

O, vurğulayıb ki, bunlar “İsgəndər” ballistik raketləri və “Kinjal” aeroballistik raketləri kimi hədəflərə qarşı həqiqətən işləyən hava hücumundan müdafiə sistemləridir.

"Bu gün belə hədəfləri məhv etməyin Ukrayna üçün başqa yolu yoxdur", - İqnat əlavə edib.

S.ELAY

XQ

Dünya