Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 26-da Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Məlumatı “Anadolu” verib.
Diplomatik mənbələrdən alınan məlumata görə, Prezident Putinlə yerli vaxtla saat 19:30-da başlayan görüş 1 saata yaxın davam edib.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
İclasda Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son səylər, həmçinin mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verənlər müzakirə edilib.
Tərəflər, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar
P.ƏMİRCANOV
XQ