Kallas Qərbi Rusiyaya “ən güclü təzyiq” etməyə çağırır

post-img

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb. O, Rusiya silahlı qüvvələrinin Ukrayna hərbi obyektlərinə kütləvi zərbələrdən sonra açıqlama verib.

X sosial şəbəkəsindəki paylaşımında xanım Kallas vurğulayıb: “Biz bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik”, -o qeyd edib. Onun fikrincə, Rusiya “Ukraynanı məhv etməyə” çalışır və bunu Ukrayna ərazisinə son irimiqyaslı hücumlar da təsdiqləyir.

Avropa diplomatiyasının rəhbəri bundan əvvəl ABŞ-ın münaqişənin həlli ilə bağlı danışıqlar zamanı Moskvaya hələ də kifayət qədər təzyiq göstərməməsindən narazılığını bildirib. Rusiya ordusunun Ukraynaya yeni zərbələrindən sonra Ukrayna rəsmiləri də öz bəyanatlarında, o cümlədən xarici işlər naziri Andrey Sibiqa və ABŞ-ı susqunluğuna görə qınayan prezident Vladimir Zelenski də öz reaksiyalarını bildiriblər.

S.ELAY

XQ

Dünya