Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda ABŞ-ın vitse-prezidenti J.D.Vens və ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya-Ukrayna danışıqlarını müzakirə etdiyini bildirib. Bu barədə o, Telegram kanalında yazıb.
"Rusların qərar qəbul etmək səlahiyyətinə malik olmayan aşağı səviyyəli nümayəndə heyətini göndərdiyi İstanbulda danışıqları müzakirə etdik. "Ukraynanın real diplomatiyaya hazır olduğunu təsdiqlədim və tezliklə, tam və qeyd-şərtsiz atəşkəsin vacibliyini qeyd etdim", - Ukrayna lideri yazıb.
Zelenski qeyd edib ki, o, Rusiyaya qarşı sanksiyaların zəruriliyi məsələsinə də toxunub, həmçinin Vens və Rubio ilə ikitərəfli ticarət, müdafiə sahəsində əməkdaşlıq, döyüş meydanındakı vəziyyət və gələcək əsirlərin mübadiləsini müzakirə edib.
"Rusiyaya təzyiqlər müharibəni dayandırmağa hazır olana qədər davam etməlidir. Və təbii ki, biz ədalətli və davamlı sülhə nail olmaq üçün ümumi addımlarımızı müzakirə etdik", - o əlavə edib.
S.ELAY
XQ