Tramp Qətərin hədiyyəsini Hərbi Hava Qüvvələrinə verəcək

post-img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qətərin ona hədiyyə etməyi planlaşdırdığı Boeing 747-8 təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə verəcək. Məlumatı “İnterfaks.ru” yayıb. 

“Boeing 747 mənə yox, Hərbi Hava Qüvvələrinə, ABŞ Müdafiə Nazirliyinə verilir”, - Tramp Truth Social-da yazıb.

Amerika prezidenti qeyd edib ki, bu, ABŞ-ın uzun illər uğurla müdafiə etdiyi bir dövlətin hədiyyəsidir.

“Çox gec çatan yeni “Boeing”lərimiz gələnə qədər o, hökumətimiz tərəfindən Hərbi Hava Qüvvələrinin müvəqqəti təyyarəsi kimi istifadə olunacaq”, - deyə Tramp bildirib.

Bundan əvvəl bir sıra ABŞ KİV-i Tramp administrasiyasının Qətər kral ailəsindən prezident təyyarəsi (Air Force One) kimi istifadə etmək üçün hədiyyə olaraq Boeing 747-8 almağı planlaşdırdığını yazmışdı. Bu, bir sıra qanunvericilərin narazılığına səbəb olub.

P.ƏMİRCANOV
XQ

Dünya