Lavrov: Praktik olaraq bütün Avropa Rusiyaya qarşı müharibə aparır

post-img

Demək olar ki, bütün Avropa yenidən “nasist bayraqları altında” birləşərək Rusiyaya qarşı müharibə aparır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin binasındakı xatirə lövhələri önünə əklil qoyma mərasimində deyib.

Məlumatı “Anadolu” yayıb. 

“İndi onlar da faşizm bayrağı altında (sözün hərfi mənasında), məşəl yürüşləri keçirən və qollarında nasist diviziyasının şevronları olan döyüşçüləri ətçəkən maşına atan Vladimir Zelenskinin açıq-aşkar irqçi, anti-Rusiya rejimini dəstəkləyərək bizə qarşı birləşiblər. Eləcə də “düşüncəsizlik” əməliyyatı çərçivəsində bizə döyüş meydanında “strateji məğlubiyyət” hədələri elan edirlər, -  deyə nazir bildirib.

Onun sözlərinə görə, təkcə gələcəyi və bugünkü inkişafı təmin edən İkinci Dünya Müharibəsi qəhrəmanlarının xatirəsini qorumaq deyil, həm də həmin hadisələrin diplomatik təcrübəsini və dərslərini xatırlamaq vacibdir.

“Bu dərslər əvəzsizdir, xüsusən də demək olar ki, bütün Avropanın silah və nasist bayraqları altında yenidən bizə qarşı müharibə apardığı indiki şəraitdə”, - Lavrov qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya