Fridrix Merz baş nazir seçilə bilməyib

post-img

Xristian Demokrat İttifaqı və Xristian Sosialist İttifaqı (XDİ/XSİ) alyansının lideri Fridrix Merz Bundestaqda səsvermənin ilk turunda Almaniya kansleri seçilmək üçün kifayət qədər səs toplaya bilməyib. Məlumatı “Anadolu” verib. 

Səsvermə mayın 6-da keçirilib.

Parlamentin 310 üzvü Merzin namizədliyinin lehinə, 307 deputat isə əleyhinə səs verib, üç deputat bitərəf qalıb. Səsvermədə ümumilikdə 621 nəfər iştirak edib. Bir bülleten etibarsız sayılıb.

Avropa Parlamentinin üzvü Fridrix Merz tələb olunan 316 səs çoxluğunu qazana bilməyib.

2025-ci il fevral ayının sonunda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra mühafizəkar XDİ/XSİ bloku qanunverici orqanda ümumilikdə 628 yer qazanıb.

P.ƏMİRCANOV
XQ

Dünya