Suriya Rusiyadan dəniz yolu ilə taxıl tədarükünü bərpa etməyə başlayıb: buğda daşıyan gəmi Suriyanın Latakiya limanına gəlib. Suriya hökuməti bildirib ki, bu, keçmiş prezident Bəşər Əsədin dekabrda devrilməsindən sonra ilk çatdırılmadır.
Yeni hökumətin nümayəndələri buğda və ərzaq məhsullarının idxalının ABŞ və BMT-nin sanksiyalarına məruz qalmadığını bildirirlər. Bu barədə “Reuters” agentliyi treyderlər arasında olan mənbələrə istinadən xəbər verir.
Suriya hökuməti Rusiyanın tədarükünü ictimailəşdirməyə tələsmir: Dəməşq gəminin 6 600 ton buğda daşıdığını bildirsə də, yükün Rusiya mənşəli olmasına səssiz qalmayıb. “Bu, iqtisadiyyatın bərpasının yeni mərhələsinin başlanmasının əyani əlamətidir” - deyə sərhəd xidmətindən bildiriblər. Bu il Suriya daha çox qonşu ölkədən məhsul alır.
P.ƏMİRCANOV
XQ