Ursula fon der Leyen Almaniyanın “Zeit” qəzetinə müsahibəsində bildirib ki, Avropa hələ də sülh layihəsidir: “Bizdə qaydalar qoyan quldurlar və ya oliqarxlar yoxdur. Biz qonşularımızı işğal edib onları cəzalandırmırıq”.
Məlumatı “Euronews” verib.
Ursula von der Leyen Donald Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərin sürətlə pisləşdiyini deyib: “İndiyədək tanıdığımız Qərb artıq yoxdur”.
Avropa başqa müttəfiqlər və tərəfdaşlar axtarmağa məcburdur.
Trampın Brüsselin “əsassız və zərərli” adlandırdığı kütləvi tarifləri tətbiq etməsindən sonra Avropa Komissiyasının sədri Norveç, İslandiya, Kanada, Yeni Zelandiya, Sinqapur və BƏƏ nümayəndələri ilə telefonla danışıb.
Leyen Çinin Baş naziri Li Tsyan ilə də danışdını, nəticədə illərlə davam edən gərginlikdən sonra Aİ-Çin münasibətlərinin istiləşmə yarandığını qeyd edib.
P.ƏMİRCANOV
XQ