Media: Ukrayna Rusiya-Amerika görüşündən sonra ABŞ-la daha bir danışıq aparacaq

post-img

“Biz hələ də ABŞ və Rusiya arasındakı görüşün nəticələrini gözləyirik. Buna əsaslanaraq, bizim ABŞ-la daha bir görüşümüz olacaq”, - yüksək rütbəli ukraynalı məmur anonimlik şərti ilə bir neçə KİV-ə, o cümlədən AFP agentliyinə bildirib.

Həmçinin mənbələrə görə, Rusiya və ABŞ nümayəndələrinin görüşündə Ukrayna ilə razılaşdırılmış atəşkəs üçün bir gün əvvəl baş verənləri nəzərdən keçirəcəklər.

Ər-Riyadda danışıqlar bazar günü başlayıb: Amerika nümayəndə heyəti Ukrayna ilə görüşüb. İkinci mərhələ - Rusiya-Amerika görüşü bazar ertəsi başlayıb.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Serhiy Leşşenkonun daha əvvəl bildirdiyi kimi, Ukrayna və Amerika nümayəndə heyətləri arasında bazar günü Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda digər məsələlərlə yanaşı, gəmiçilik təhlükəsizliyi və Ukrayna limanlarına hücumların dayandırılması da müzakirə olunub. Görüş zamanı əsirlərin mübadiləsi də müzakirə edilib.

S.ELAY

XQ

Dünya