Avropada militarizasiya strategiyası təqdim edildi

post-img

Avropa Komissiyası (AK) Avropa müdafiəsinə dair Ağ kitabı təqdim edib. Sənəddə Avropa İttifaqının (Aİ) 2030-cu ilə qədər hərbiləşdirilməsi planı əks olunub.

EC rəhbəri Ursula Fon der Lyayen deyib: "Avropa fəallaşmağa hazırdır. Müdafiəyə sərmayə qoymalı, imkanlarımızı gücləndirməli və təhlükəsizliyə proaktiv yanaşmalıyıq".

Strategiyada ayrıca bir bənd hərbi yardımın artırılması və Avropa və Ukrayna hərbi sənayesinin daha sıx inteqrasiyası yolu ilə Ukraynaya dəstəyi nəzərdə tutur. Bundan əlavə, hərbiləşdirmə planına AB-də vahid silah bazarının yaradılması ideyası daxil edilib.

S.ELAY

XQ

 

Dünya