Almaniya ilə sərhəddə yerləşən Luxeuil-Saint-Sauveur aviabazasında 2032-ci ilə qədər nüvə başlıqları daşıya bilən 40 Rafale döyüş təyyarəsi yerləşdiriləcək. Bu barədə "France 3" televiziyası bildirib.
Kanalın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Almaniyanın gələcək kansleri Fridrix Mertslə görüşdən əvvəl bu aviabazaya baş çəkir.
"France 3" qeyd edir ki, Makronun aviabazaya səfəri "Nüvə yönümlü ola biləcək Fransa və NATO maraqları üçün onun mərkəzi rolunu vurğulamaq üsuludur".
Nüvə silahı anbar bazasının konvertasiyası 900 milyon avroya başa gələcək. Aviasiya bazasındakı hərbçilərin sayı 1200-dən 2000-ə çatdırılacaq.
S.ELAY
XQ