Tramp və Putin danışıqlarının nəticələri

post-img

Kremldən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.

Liderlər cari hadisələri müzakirə edib və qlobal təhlükəsizliyin təmin edilməsində xüsusi məsuliyyət daşıdıqlarını qeyd edərək, münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Bundan əlavə, Putin Trampı məlumatlandırıb ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında hər tərəfdən 175 nəfərin dəyişdiriləcəyi əsir mübadiləsi aparılacaq.

S.ELAY

XQ

 

Dünya