Peskov: ABŞ Ukrayna ilə görüşlə bağlı bizi məlumatlandıracaq

post-img

ABŞ Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna nümayəndələri ilə təmasların nəticələri barədə Rusiyanı hansısa şəkildə məlumatlandıracaq. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

Məlumatı “Anadolu” verib. 

Peskov ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün martın 13-də Moskvaya gələ biləcəyi ilə bağlı məlumatları belə şərh edib: “Bu gün Ciddədə Amerika-Ukrayna təmasları olacaq. Sülh yolu ilə nizamlanmanın yollarını axtaran Amerika tərəfi bizə məlumat verəcək”.

“Bunun necə həyata keçiriləcəyini sizə vaxtında məlumat verəcəyik”, - Kreml sözçüsü əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya