Ciddədə Ukrayna-ABŞ görüşü başlayıb

post-img

Ukrayna Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşün başlandığını elan edib. Xəbəri “Anadolu” yayıb. 

“Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayır”, - Xarici İşlər Nazirliyinin Telegram-da verdiyi bəyanatda deyilir.

Bundan əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri, Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti martın 11-də ABŞ nümayəndələri ilə danışıqların aparılacağı Ciddəyə (Səudiyyə Ərəbistanı) gəlib: “Biz buradayıq. Hazırlıqlar tam sürətlə gedir. Ukraynanın maraqlarının müdafiəsi, müharibənin başa çatması ilə bağlı aydın baxış. Biz amerikalı tərəfdaşlarımızla səmərəli işləyəcəyik”.

P.ƏMİRCANOV
XQ

Dünya