Donald Tramp Ukrayna üzrə danışıqlarda yaxşı nəticəyə ümidvardır -VİDEO

post-img

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yaxşı nəticələrinə ümid etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə şəxsi təyyarəsinin göyərtəsində jurnalistlərə müsahibəsi zamanı deyib. Dövlət başçısı, həmçinin bu həftə çox mühüm hadisələrin baş verə biləcəyini qeyd edib.

Ağ ev, eyni zamanda, münaqişənin hər iki tərəfi ilə məsləhətləşmələrin davam etdiyini və bu həftə Səudiyyə Ərəbistanında sülh məsələləri üzrə yeni görüşün planlaşdırıldığını təsdiqləyib.

“Financial Times” qəzetinin yazdığına görə, Ukrayna Səudiyyə Ərəbistanında Vaşinqtonu kəşfiyyat məlumatlarını və hərbi dəstəyi bərpa etməyə razı salmağa çalışacaq.


@xalqqazeti Donald Tramp Ukrayna üzrə danışıqlarda yaxşı nəticəyə ümidvardır #xeberler #keşfet #TikTok #Avropa #ABŞ #Ukrayna #kesfet ♬ оригинальный звук - xalqqazeti

Dünya