Pakistan hökuməti Yunanıstanda 40 nəfər pakistanlının həyatını itirdiyi qayıq faciəsində əsas təqsirləndirilən şəxsi həbs edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Təhqiqat Agentliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxsin beynəlxalq insan qaçaqmalçılığı şəbəkəsinin əsas üzvü olduğu güman edilir. Hazırda Pakistan rəsmiləri dəstənin digər şübhəliləri də tutmağa çalışır.
“Şübhəli qurbanların Avropaya səyahətini asanlaşdırmaq bəhanəsi ilə onlardan milyonlarla rupi alıb”, - deyə bəyanatda bildirilib.