AMB: Ötən il “Apple Pay” və “Google Pay” vasitəsilə edilən ödənişlər 2 dəfə artıb

post-img

Ötən il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760,2 milyard manat olub və ÜDM-in 6 mislini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Hesabat dövründə gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil edib və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61 faiz yüksələrək 78,9 milyard manat olub. Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8,6 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 64,2 faiz təşkil edib.

İstifadəçilərin innovativ ödəniş həllərinə uyğunlaşması sürətlə davam edib, “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.

Dünya